Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Eddi Nyutonla yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, ingilis mütəxəssisin müqaviləsinə xitam verildiyi bildirilib.
“Trabzonspor” dünən Super Liqada “Kasımpaşa”ya 3:4 hesabıyla məğlub olub. Qaradəniz təmsilçisi 7 turdan sonra turnir cədvəlinin 18-ci sırasında qərarlaşıb.
Nyuton bu ilin avqustunda “Trabzonspor”a baş məşqçi təyin olunmuşdu. Buna qədər o, klubda köməkçi-məşqçi kimi fəaliyyət göstərirdi.