Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 6-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Holştayn Kil” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, 65-ci dəqiqədə meydana buraxılıb.

5 turdan sonra 7 xala malik “Ersgebirge” 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Shares: