Rusiyanın “Ufa” klubunda oktyabr ayının ən yaxşı futbolçusu bəlli olub.

Futbolinfo.az xəbər verir ki, bu ada komandanın azərbaycanlı yarımmüdafiəçisi Azər Əliyev layiq görülüb.

Məlumatı klubun mətbuat xidməti məlumat yayıb. Azarkeşlər arasında aparılmış soğru nəticəsində Azər səslərin 23.7 faizini toplayıbsa, ən yaxın izləyicisi Komnen Andriç 17 faiz səs yığıb.

Qeyd edək ki, Azər oktyabr ayında cəmi üç oyunda meydana çıxıb. 26 yaşlı futbolçu Premyer Liqada iki, Rusiya kubokunda bir oyunda iştirak edib və bir qolla yadda qalıb.

Shares: