Serbiyanın “Partizan” klubunun futbolçusu Filip Stevanoviç karyerasını İngiltərədə davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, 18 yaşlı hücumçu “Mançester Siti”yə transfer olunub.
Bu barədə “Partizan”ın mətbuat xidməti məlumat yayıb. “Şəhərlilər” Stevanoviç üçün “Partizan”a 8 milyon avro ödəyəcək. Hücumçu yanvarda “Mançester Siti”yə qoşulacaq.
“Partizan”ın yetirməsi olan Stevanoviç, 2018-ci ildən əsas komandada çıxış edir. Hücumçu bu mövsüm Serbiya çempionatında 11 oyunda 3 qol vurub.