Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Sumqayıt” “Qəbələ”ni qəbul edib. İki gün öncə keçirilməli olan, lakin bəzi futbolçularda koronavirus aşkarlandığı üçün təxirə salınan matç “Kapital Bank Arena”da oynanılıb. Qonaqlar bu görüşdən minimal hesabla qalib ayrılıblar.

Qeyd edək ki, turun ilk üç oyununda qalib müəyyənləşməyib. “Neftçi” – “Zirə” matçında 0:0, “Keşlə” – “Sabah” və “Səbail” – “Qarabağ” görüşlərində eyni – 1:1 hesabı qeydə alınıb.

Azərbaycan Premyer Liqası
11-ci tur
30 noyabr

“Sumqayıt” – “Qəbələ” 0:1
Qol: R.Utriq, 16.
Baş hakim: Rəhim Həsənov.
Sumqayıt. “Kapital Bank Arena”.

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 5. Camaləddin Xocaniyazov, 21. Adəm Həmati, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 27. İsmayıl Babayev, 35. Eldost Qiyasbəyli, 29. Sərvin İsmayılov.
Baş məşqçi: Ayxan Abbasov.
Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 6. Kamal Mirzəyev, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev.
Baş məşqçi: Elmar Baxşıyev.

Shares: