“Keşlə” klubu iki futbolçusu ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Alvaro Tavares və onun həmyerlisi – müdafiəçi Artur Batista ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Keşlə” mövsümün əvvəlində komandaya qoşulan oyunçulara gələcək karyeralarında uğurlar arzulayıb.

Shares: