Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 5-ci turu çərçivəsində İtaliya çempionu “Yuventus”la Ukraynanın “Dinamo” (Kiyev) klubu arasında keçiriləcək matça təyinatlar açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, qarşılaşma Fransa Futbol Federasiyasından Stefani Frappara həvalə olunub. O, ÇL oyunu idarə edən ilk qadın referi kimi tarixə düşəcək.
Frappara Hişam Zakrani və Medi Ramuni kömək edəcək. Dördüncü hakim funksiyasını isə Kərim Abed yerinə yetirəcək.
Xatırladaq ki, Frappar daha əvvəl bu ilin oktyabrında Avropa Liqasının qrup mərhələsinin “Lester Siti” (İngiltərə) – “Zarya” (Ukrayna) görüşündə (3:0) ədaləti təmsil edib. O, bununla həm də Avroliqada oyun idarə edən ilk qadın baş hakim kimi tarixə düşmüşdü.
Qeyd edək ki, “Yuventus” – “Dinamo” matçı dekabrın 2-də keçiriləcək.