Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Avropa Liqasındakı oyunlarını neytral meydanda keçirən “Qarabağ” vaxt məhdudiyyəti səbəbindən “Qəbələ” ilə 6 dekabr saat 14:00-da baş tutacaq səfər oyununun ev, 3-cü dövrənin “Qarabağ” – “Qəbələ” (6 mart) oyununun “Qəbələ” – “Qarabağ” oyunu kimi qeydə alınmasını xahiş edib.
“Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib.
6 dekabr
Qarabağ – Qəbələ
“Azersun Arena”, saat 14:00
6 mart
Qəbələ – Qarabağ
Qəbələ şəhər stadionu