İngiltərənin “Nyukasl” klubu fəaliyyətini müvəqqəti dayandırıb.
Futbolinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, buna səbəb koronavirus pandemiyasıdır.
Komandanın son koronavirus testində 5 nəfərin nəticəsi pozitiv olub. Virusa yoluxan şəxslərdən 4-nün futbolçu, digər bir nəfərin isə klub işçisi olduğu bildirilir. Bu səbəblə, məşq bazasını bağlayan klub özünü karantinə alıb.
Komandanın fəaliyyətini nə vaxt bərpa edəcəyi açıqlanmayıb.