Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Zaqatala” – “Keşlə-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnib.

“Neftçi-2” – “Qaradağ Lökbatan” oyununun 81-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Famil Camalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 320 manat cərimələnib.

“Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə hakimi təhqir etdiyi üçün 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.

Shares: