“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə üz-üzə gələcək.

Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin bu oyundan öncə baş tutacaq son məşqinin və mətbuatı konfransının vaxtı müəyyənləşib.

Koronavirusa yoluxan Qurban Qurbanov İstanbula getməyəcəyi üçün, mətbuat konfransında onun köməkçisi Elçin Rəhmanov iştirak edəcək. Sözügedən tədbir sabah, yerli vaxtla saat 15:30-da “Qarabağ”ın yerləşəcəyi “Pullman” otelində baş tutacaq.

Oyundan öncəki son məşq isə yerli vaxtla saat 18:30-da “Başakşəhər Fatih Terim” stadionunun köməkçi meydançasında baş tutacaq.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

Shares: