Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay heyətlə bağlı üzləşdikləri problemlərdən danışıb.
Futbolinfo.az xəbər verir ki, 57 yaşlı mütəxəssis klubun rəsmi telekanalına açıqlamasında “Qarabağ”a qarşı keçirdikləri oyundan da söz açıb:
“Bütün komandalar çətin vaxtlardan keçir. Biz də bunu ən çox yaşayan komandalardan biriyik. İtkilərimiz çoxdur. “Qarabağ”la matça 14 nəfərlə çıxmışdıq. “Göztəpə” ilə çempionat oyununda da itkilərimiz var idi. Həftədə 3 görüş keçiririk. Avrokubok qarşılaşmalarını həm Türkiyə, həm də özümüz üçün oynayırıq. Son həftələrdə çoxlu sayda hakim səhvləri ilə üzləşdik. Bizim heç kimlə problemimiz yoxdur. Sadəcə, ədalətli idarəçilik tələb edirik”.
Qeyd edək ki, “Sivasspor” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda İstanbulda “Qarabağ”a 3:2 hesabı ilə qalib gəlib. Ötən gün isə komanda Super Liqa çərçivəsində “Göztəpə”yə 0:1 hesabıyla uduzub.