Türkiyənin “Sivasspor” klubunda daha 4 nəfər koronavirusa yoluxub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə COVİD-19 testi pozitiv çıxanlardan ikisinin futbolçu, ikisinin isə texniki heyətin üzvü olduğu diqqətə çatdırılıb. Onlar dərhal karantinə alınıb.

“Qarabağ”ın Avropa Liqasının I qrupundakı rəqiblərindən biri olan “Sivasspor”da daha öncə də bəzi futbolçuların koronavirusa yoluxduğu açıqlanmışdı. Sivas təmsilçisi 5-ci turda evdə İspaniya “Vilyarreal”ını qəbul edəcək.

Shares: