Futbol üzrə Kolumbiya milli komandasının baş məşqçisi Karlos Keyroş istefaya göndərilib.
Futbolinfo.az xəbər verir ki, bu bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı açıqlayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bununla da portuqal mütəxəssisin Kolumbiya yığmasındakı 2 illik fəaliyyəti başa çatıb.
Qeyd edək ki, 2019-cu il fevralın 7-də millinin sükanı arxasına keçən Keyroş komandanı 18 oyuna çıxarıb. Onun rəhbərliyi altında 9 qələbə qazanan bu komanda 5 heç-heçə edib və 4 dəfə uduzub.