“Qarabağ”ın futbolçusu Mahir Emrelidə koronavirus aşkarlanıb.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı hücumçunun testi müsbət çıxıb.

Emreli bu səbəbdən Avropa Liqasının 5-ci turunun “Makkabi” ilə matçı üçün Türkiyənin İstanbul şəhərinə yollanmayıb.

Dekabrın 3-də keçiriləcək “Qarabağ” – “Makkabi” (İsrail, Təl-Əviv) oyununa Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Matç ölkədəki hərbi vəziyyətlə əlaqədar olaraq İstanbulda – “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.

“Qarabağ”da daha əvvəl Qurban Qurbanov, Rahil Məmmədov və Maksim Medvedevdə koronavirus aşkarlanmışdı. (Report)

Shares: