İngiltərənin “Mançester Yunayted” klubunda noyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki “qırmızı şeytanlar”ın heyətində ötən ayın ən yaxşısı Bruno Fernandes seçilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqal futbolçu noyabrda meydana çıxdığı oyunlarda 6 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Shares: