Peşəkar Futbol Liqası təxirəsalmaya hazırlaşır. Premyer Liqanın 12-ci turunun ertələnməsi gözlənilir.

Futbolinfo.az xəbər verir ki, ən azı 2 oyunun baş tutmayacağı dəqiqdi. “Zirə” – “Sumqayıt” matçı qonaqların 18 futbolçusunda koronavirus aşkarlandığı üçün keçirilməyəcək. Eyni qərar “Keşlə” – “Sabah” matçı üçün də veriləcək. Meydan sahiblərində yoluxma sayı xeyli artdığından “Keşlə” rəhbərliyi PFL-ə müraciət edib.

Düzdü, rəsmi qərar yoxdu. Bu dəqiqələrdə məsələ PFL-də müzakirə olunur, turun, yoxsa bəzi oyunların ertələnməsi barədə fikir mübadiləsi aparılır. Lakin əldə etdiyimiz bilgiyə görə, yuxarıda qeyd etdiyimiz oyunların baş tutmayacağı barədə klublara şifahi məlumat verlib.

Digər klublar hazırda son testin nəticəsini gözləyirsə, “Sumqayıt” kimi, “Keşlə”yə də bəd xəbərlər gəlib. Belə ki, bakılıların hər iki qapıçısı sıradan çıxıb. Stanislav Namaşkonun ardınca Kamal Bayramovun da COVİD-19-a yoluxduğu dəqiqləşib. Bundan başqa, Miyuşko Boyoviçin və daha 2 legionerin test nəticəsi pozitiv olub. Ümumiyyətlə, komandada 10-dan çox aktiv xəstə futbolçunun olduğu deyilir. Siyahı yaxın saatlarda rəsmən açıqlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp