Premyer Liqanın 12-ci turunun 3 oyunu təxirə salınıb. Peşəkar Futbol Liqası “Qarabağ” – “Qəbələ” matçı istisna olmaqla, bütün digər qarşılaşmaları ertələməyi lazım bilib.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, “Sabah” – “Neftçi”, “Zirə” – “Sumqayıt” və “Keşlə” – “Səbail” görüşləri bir sıra klublarda koronavirus pandemiyasının geniş yayılması üzündən qeyri-müəyyən vaxta təxirə salınıb. Oynanılacaq yeganə matç “Qarabağ” və “Qəbələ”də bu baxımdan durum qənaətbəxş olduğu üçün ertələnməyib.

PFL-in tezliklə xəbəri rəsmən açıqlayacağı gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp