“Qəbələ”də vəziyyət sabitləşir. Komandanın COVİD-19-a yaxalanmış daha 4 futbolçusu sağalmaq üzrədi.

Futbolinfo.az xəbər verir ki, daha öncə test nəticəsi pozitivdən neqativə çevrilən Murad Musayev və Tərlan Əhmədlinin ardınca, Ehtiram Şahverdiyev, Yusif Nəbiyev, Merab Qiqauri və Rasim Ramaldanov da xoş xəbər alıb. Yalniz Ceyms Adeniyi və Ülvi İsgəndərov hələ aktiv xəstə sayılır.

“Qarabağ”la növbəti çempionat matçı öncəsi son dəfə dünən test verən “Qəbələ” nəticələri bu gün biləcək. Və yalnız ondan sonra kimlərin ağdamlılara qarşı oynaya bildiyi aydınlaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp