Premyer Liqanın 12-ci turu çərçivəsində “Səbail”ə qarşı oyunu təxirə salınan “Keşlə”də bunun səbəbkarlarının adı bəllidi. Belə ki, komandanın koronavirusa yoluxan futbolçularının sayının 7-ni keçməsi ertələməyə şərait yaradıb.

“Futbolinfo”nun əldə etdiyi məlumata görə, xəstə olduğu əvvəlcədən açıqlanan Stanislav Namaşkoya Miyuşko Boyoviç, Sezar Meza Kolli, Kamal Bayramov, Rail Məlikov, Rafael Məhərrəmli, Tural Axundov və Tərlan Quliyev qoşulub. Əvəzində Rəhman Hacıyevlə Şəhriyar Əliyev sağalıb – onların budəfəki testinin nəticəsi neqativdi.

“Səbail”də isə vəziyyət normallaşır. Rauf Əliyevlə Elgün Nəbiyev sağalıb və bugündən məşqə başlayır. Kamran Ağayev, Əfran İsmayılov və Vüqar Bəybalayevin müalicəsi davam edir, onların son test nəticələri bu gün dəqiqləşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp