Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda evdə “Zirə”ylə qarşılaşacaq “Qarabağ” bu gün matçın hazırlığını klubun bazasında tamamlayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə o da bildirilir ki, komanda oyunöncəsi koronavirus testindən keçib və bütün testlərin nəticələri neqativ olub.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Zirə” matçına saat 16:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp