Almaniyanın “Bayer” klubu yarımmüdafiəçisi Florian Virtslə yeni müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

17 yaşlı futbolçu ilə müqavilənin müddəti 2023-cü ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, Virts bu mövsüm Bundesliqada 12 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp