Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov koronavirusa yoluxub. AFFA İcraiyyə Komitəsinin üzvü bu üzdən qurumun son iclasına qatılmayıb. Veteran futbolçu hazırda müalicə alır.

İsgəndər bəy virusa milli komandanın düşərgəsində yoluxub. Millətlər Liqasının oyunları və sınaq matçı üçün Avropa turnesinə çıxan yığmamızın düşərgəsində olan Cavadov Sloveniya – Xorvatiya – Lüksemburq yolçuluğu zamanı xəstəliyə yaxalanıb. O, vətənə qayıtdıqdan bir müddət sonra özündə koronavirusun simptomlarını hiss edib.

Ümumiyyətlə, ölkə futbolunda COVİD-19-un geniş yayılmasına səbəb milli komandanın düşərgəsindəki məsuliyyətsizlik idi. AFFA-nın milli komandaya təhkim etdiyi şəxslər adi dezinfeksiya qaydalarına riayət etməmiş, karantin qaydalarının pozulması hallarına göz yummuşdu. Bu üzdən millinin inzibatçısı, tərcüməçisi və 3 futbolçu turne zamanı müxtəlif ölkələrdə xəstələnmiş, təcrid edilmişdi. Ölkəyə qayıtdıqdan sonra milli üzvləri karantinə alınmamış, onlar klubların düşərgəsinə gedərək buradakı yoldaşlarını da yoluxdurmuşdu.

İndi İsgəndər bəyin durumu normaldı, müalicəsi davam edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp