Paraqvay milli komandasının sabiq futbolçusu Xose Luis Çilavert prezidentliyə namizəd olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə 55 yaşlı keçmiş qapıçı “tvitter” hesabında paylaşım edib.

Çilavert 2023-cü ildə Paraqvayda keçiriləcək prezident seçkilərində namizəd olacağını bildirib.

Çilavert Paraqvay milli komandasında 74 oyunda 8 qol vurub. Sabiq qapıçı klub karyerasında 729 oyunda 59 qol vurmağı bacarıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp