Futbol üzrə İngiltərə Premyer Liqasında 15-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib.

Turun açılış matçında turnir cədvəlinin 2-ci sırasında qərarlaşan “Lester” doğma meydanda ən yaxın izləyicisi “Mançester Yunayted”i qəbul edib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşü Londonda keçirilib. Mövsümə uğursuz start verən və cəmi 4 qələbəsi olan “Arsenal” doğma meydanda əzəli rəqibi “Çelsi” ilə üz-üzə gəlib. London derbisində “topçular” qələbəyə sevinən tərəf olub.

“Mançester Siti” isə “Nyukasl”la ev oyununda inamlı qələbə qazanıb.

İngiltərə Premyer Liqası
15-ci tur
26 dekabr

Lester – Mançester Yunayted 2:2
Qol: Barnes, 31. Tuanzebe, 85-öz qapısına – Reşford, 23. B.Fernandes, 79.

Fulhem – Sauthempton 0:0

Aston Villa – Kristal Pelas 3:0
Qol: Traore, 5. Hause, 66. El-Qazi, 76.

Arsenal – Çelsi 3:1
Qol: Lakazette, 34-pen. Caka, 44. Saka, 56 – Abraham, 85.

Şeffild Yunayted – Everton 0:1
Qol: Siqurdsson, 80.

Mançester Siti – Nyukasl 2:0
Qol: İ.Gündoğan, 14. F.Torres, 55.

27 dekabr

16:00 Lids – Bernli
18:15 Vest Hem – Brayton
20:30 Liverpul – Vest Bromviç
23:15 Vulverhempton – Tottenhem

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp