Türkiyənin “Gənclərbirliyi” klubunda daha bir futbolçu koronavirusa yoluxub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə “Kayserispor”la Super Liqa matçından öncə kollektivin COVİD-19 testindən keçdiyi və bir nəfərdə koronavirus aşkarlandığı diqqətə çatdırılıb. Adı açıqlanmayan həmin futbolçu karantinə alınıb və müalicəsinə start verilib.

Qeyd edək ki, “Gənclərbirliyi” Super Liqanın 15-ci turu çərçivəsində sabah doğma meydanda “Kayserispor”la qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp