Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Şimali Makedoniya yığmasına rəhbərlik edə bilər.

Futbolinfo.az xəbər verir ki, 51 yaşlı xorvat mütəxəssis yerli federasiya ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Onun bu postda İqor Angelovskini əvəzləyəcəyi gözlənilir. Baxmayaraq ki, Şimali Makedoniya seçməsi Angelovskinin rəhbərliyi altında AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan millisinin baş məşqçisi olub. O, son olaraq Türkiyənin “Kayserispor” və “Dənizlispor” klublarını çalışdırıb. Xorvat məşqçi noyabrın 25-dən işsizdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp