Futbol üzrə Türkiyə superkuboku uğrunda oyunun nə vaxt keçiriləcəyinə nəhayət ki, aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, superkubok görüşü yanvarın 27-də keçiriləcək.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Qarşılaşmanın “Atatürk Olimpiya Stadionu”nda baş tutacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, 2020-ci ilin superkubok görüşü 2019/20 mövsümündə Super Liqanın qalibi olmuş “Başakşəhər”lə eyni mövsümdə kuboku başı üzərinə qaldırmış “Trabzonspor” arasında keçiriləcək. Qarşılaşmaya yerli vaxtla saat 20:45-də start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp