Braziliyanın “Şapekoense” klubunun prezidenti Paulo Maqro dünyasını dəyişib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə klub rəhbərinin 59 yaşında koronavirusdan öldüyü diqqətə çatdırılıb. Maqro dekabrın 18-dən xəstəlik səbəbi ilə reanimasiya şöbəsində olub. Koronavirusa yoluxduqdan sonra onun böyrəyində problemlər aşkarlanıb.
Qeyd edək ki, Paulo Maqro 2019-cu ildən “Şapekoense”nin prezidenti idi.