Türkiyənin “Dənizlispor” klubunun yarımmüdafiəçisi İsmail Aisatti Super Liqa təmsilçisindən ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə futbolçunun təktərəfli qaydada müqaviləyə xitam verdiyi diqqətə çatdırılıb. 32 yaşlı futbolçunun klubdan ayrılmasına borclarını ala bilməməsi səbəb olub.

PSV-nin yetirməsi olan Aisatti , karyerası ərzində “Tvente”, “Ayaks”, “Vitess”, “Antalyaspor”, “Terek”, “Alanyaspor” və “Balıkəsirspor”da da forma geyinib. O, 2018-ci ildən “Dənizlispor”un uğurları üçün çalışırdı.

Shares: