Futbol üzrə Belçika yığmasının sabiq yarımmüdafiəçisi Raca Naynqqolanın yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bundan sonra o, “Kalyari”nin uğurları üçün çalışacaq.
A Seriyası təmsilçisi 32 yaşlı futbolçunu Milan “İnter”indən mövsümün sonuna kimi icarəyə götürüb.
Xatırladaq ki, Naynqollan 2019/20 mövsümündə də “Kalyari”yə icarəyə verilmişdi. O, 2018-ci ildən “İnter”də çıxış etsə də, Milan təmsilçisinin baş məşqçisi Antonio Kontenin planlarına daxil olmadığı üçün özünə başqa klub axtarmaq məcburiyyətində qalmışdı. Vaxtilə “Roma”da da çıxış etmiş Belçika yığmasının sabiq üzvü 2010-2014-cü illər aralığında da “Kalyari”nin uğurları üçün çalışıb.