İngiltərə Futbol Federasiyası “Mançester Yunayted”in hücumçusu Edinson Kavanini 3 oyunluq cəzalandırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Futbolçu həmçinin 100 min funt sterlinq məbləğində cərimələnib.

Buna uruqvaylı futbolçunun “İnstaqram”da irqçi ifadə işlətməsi səbəb olub. O, komandasının “Aston Villa”, “Mançester Siti” və “Uotford”la matçlarını buraxmalı olacaq.

Shares: