“Neftçi” fiziki hazırlıq üzrə məşqçisi Andrea Vezzu ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun “facebook” səhifəsi məlumat yayıb.

Məlumatda Vezzu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. Paytaxt klubu italiyalı mütəxəssisə xidmətlərinə görə təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.

“Neftçi” dünən italiyalı baş məşqçisi Roberto Bordinlə yollarını ayırdığını açıqlamışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp