Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov (“Neftçi”, qapıçı) və Vüsal Şabanov (“Zaqatala”, qapıçı) yığmanın heyətindən kənarlaşdırılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Hər iki futbolçu nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranışI barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.

Shares: