AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdı.
Bu gün qeyd olunmuş müddət başa çatıb. İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq:
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən
Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən
Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
Zaur Axundov – “Keşlə” FK tərəfindən
Rauf Əliyev – “Səbail” FK tərəfindən
Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən
Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən
Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən
Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən
Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən