Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Roberto Bordinin rəhbərlik etdiyi kollektiv Polşanın “LKS Lodz” klubu ilə qarşılaşıb. Görüş saat 17:00-da start götürüb. Matç Polşa klubunun qələbəsiylə başa çatıb.
“Neftçi” bundan əlavə daha iki yoxlama oyunu keçirəcək. “Ağ-qaralar” yanvarın 20-də Ukraynanın “Dinamo” (Kiyev), 24-də isə “Desna” klubu ilə də üz-üzə gələcək.
Yoxlama oyunu
15 yanvar
Neftçi – LKS Lodz (Polşa) 0:4
Türkiyə, Antalya
Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 11. Vangelis Platellas, 15. Saman Nərimancahan, 26. Ömər Buludov, 27. Nabi Silla, 36. Mamadu Kane, 77. Donald Gerye.