Madrid “Real”ı heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, İspaniya nəhəngi braziliyalı gənc yarımmüdafiəçi Reynier Jezusu transfer edib.
Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Flamenqo”dan transfer olunan 18 yaşlı futbolçu La Liqa klubu ilə 6 illik müqaviləyə imza atıb.
“Real” bu transfer için 35 milyon avrosundan keçib. Gənc futbolçu hələlik “Real”ın əvəzedici komandası hesab olunan “Kastilya”da forma geyinəcək.