“Zirə” sabiq futbolçusu Yovan Krnetanı heyətinə qatıb.

Futbolinfo.az xəbər verir ki, serbiyalı futbolçu bir neçə gün idi paytaxt klubunda baxışdaydı.

28 yaşlı müdafiəçi son olaraq çıxış etdiyi Yunanıstanın “Levadiakos” klubundan ayrılıb. Onun qəsəbə təmsilçisinə birbaşa müqavilə ilə yox, baxışa gəlməsində səbəb mövsümün ilk yarısında oynamamasıdı. “Zirə”nin məşqçilər korpusu futbolçunun hazırlıq səviyyəsinə baxıb və ondan razı qalıb. Bu üzdən də tərəflər mövsümün sonuna kimi müqavilə imzalamağa qərar veriblər.

Krneta daha əvvəl 2015-2018-ci illər aralığında “Zirə”nin formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp