İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi “Albasete” klubundan Rey Manayı transfer edib.

Bu barədə “Barselona”nın mətbuat xidməti məlumat yayıb. 22 yaşlı hücumçu ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Manay, “Barselona”nın B komandasında forma geyinəcək. Albaniya millisinin də üzvü olan hücumçu, bu mövsüm “Albasete”də 10 oyunda 3 qol vurub.

İspaniya Sequndasında mübarizə aparan “Albasete”də Azərbaycan millisinin üzvü Eddi İsrafilov da forma geyinir.

Shares: