“Keşlə” aparıcı oyunçularından Vüsal İsgəndərli ilə yollarını ayırmaq üzrədi. Çempionatın ilk 2 övrəsində yaxşı oyunu ilə seçilən cinah yarımmüdafiəçisiylə vidalaşmağın səbəbi var.

Futbolinfo.az xəbər verir ki, problem Vüsalın oyununda deyil. Baş məşqçi Tərlan Əhmədovun daim güvəndiyi futbolçu çempionat ərzində də ümidləri doğrultmuşdu. Lakin onun intizamı, davranışı belə qərar verilməsinə səbəb olub.

İsgəndərli Türkiyə toplanışı zamanı adını dəqiqləşdirə bilmədiyimiz komanda yoldaşlarından biri ilə dalaşıb. Günah Vüsalda olub və qəbahətinin böyüklüyündən onun qovulmasına qərar verilib.Əhmədov rəhbərliyə raport yazıb və tezliklə futbolçunun taleyinə aydınlıq gələcək.

Shares: