“Qarabağ”ın futbolçusu Faysal Rerras Ağdam təmsilçisindən ayrıla bilər.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə bir neçə Avropa klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, İtaliyanın B Seriyasından “Benevento”, “Krotone”, Fransanın Liqa 2-sindən “Lans” və Türkiyə Super Liqasından “Rizəspor”un Rerrasla yaxından maraqlandığı bildirilir.

“Qarabağ”la 2021-ci ilin yayına qədər müqaviləsi olan Rerrarsın Ağdam klubundan ayrılacağı və karyerasına İtaliyada – “Benevento”da davam edəcəyi vurğulanıb.

“Benevento” hazırda B Seriyasında 20 turdan sonra 47 xalla liderdir.

2019-cu ilin yayında “Qarabağ”la iki illik müqavilə imzalayan Rerras, bu mövsüm Azərbaycan Premyer Liqasında 6 oyuna çıxıb.

Shares: