Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” komandası bu gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Jelko Sopiçin çalışdırdığı paytaxt təmsilçisi Rusiyanın “Spartak” klubunun əvəzediciləri ilə qarşılaşıb.
Belekdəki “Hüseyn Aygün Futbol Mərkəzi”ndə keçirilən oyuna saat 17:00-da start verilib. “Sabah”ın “youtube” kanalı vasitəsilə canlı yayımlanan oyunda qapılara 4 qol vurulub. Sonda tərəflər meydanı heç-heçə ilə tərk ediblər.
“Sabah” Antalyadakı toplanış çərçivəsində daha öncə Macarıstanın “Pakş” (0:2), Rumıniyanın “Akademika Klinçeni” (0:0) və Qazaxıstanın “Kaysar” (3:1) klubları ilə qarşılaşıb.
Yoxlama oyunu
21 yanvar
Sabah – Spartak U-21 (Rusiya) 2:2
Qol: Marko Deviç, 16. Ceyhun Nuriyev, 70.
Antalya, “Hüseyn Aygün Futbol Mərkəzi”.
Sabah: 71. Dmitri Bezruk, 2. Elçin Mustafayev, 5. Kərim Diniyev, 20. Nemət Musayev, 17. Məhəmməd Mirzəbəyov, 99. Abbas Ağazadə, 14. Rəşad Eyubov, 29. Ceyhun Nuriyev, 97. Emil Qasımov, 77. Cavid Tağıyev, 41. Marko Deviç.