Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu il üzrə dünyanın ən güclü liqalarının siyahısını hazırlayıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqası siyahıda 349 xalla 56-cı sıradadı.

Ölkə çempionatı 2018-ci illə müqayisədə 14 pillə irəliləyib. 2018-ci ildə Azərbaycan Premyer Liqası reytinq siyahısının 70-ci pilləsində idi.

Azərbaycan Premyer Liqası siyahıda Cənubi Afrika, Belarus, Sloveniya, Gürcüstan, Çili, Zambiya kimi ölkələrin çempionatlarından geridə qalır.

2019-ci ilin statistikasına görə, dünyanın ən güclü futbol liqası İngiltərə Premyer Liqasıdı. Reytinq siyahısında 2-ci Braziliya, 3-cü isə İspaniyadı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp