Bu gün “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində 2020-ci ildə FİFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub.
Futbolinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Hakimlər Komitəsinin sədri Frits Stuxlik və UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras iştirak edib.