Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” ikinci yoxlama oyununda Qazaxıstanın “Jetısu” klubuyla qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, yanvarın 22-də keçiriləcək qarşılaşmayaa Bakı vaxtı ilə saat 18:00-da start veriləcək. Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” Antalyadakı ilk yoxlama oyununda Rumıniyanın “Akademika Klinçeni” klubuyla qarşılaşıb. Həmin oyunda qalib müəyyənləşməyib – 2:2.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp