“Qarabağ”ın belçikalı müdafiəçisi Faysal Rerras İtaliya mətbuatında yayılan xəbərlərə münasibət bildirib.

Futbolinfo.az saytına açıqlama verən futbolçu İtaliya B Seriyası təmsilçisi “Benevento”ya keçəcəyi ilə bağlı xəbəri təkzib edib.

O qeyd edib ki, yazılanlardan xəbəri yoxdu: “Bu barədə heç bir məlumat yoxdu. Ona görə də nəsə deməyim düzgün çıxmaz. “Qarabağ”da xoşbəxtəm və üstəlik, qüvvədə olan müqaviləm var”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp