“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Polşanın “Arka” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Bu gün artıq 3-cü oyunumuzu keçirdik. Komandada irəliləyiş olduğu hiss olunurdu. Rəqibimiz də fiziki cəhətdən yaxşı komanda idi. Çempionat öncəsi belə əzmkar komandalara qarşı oynamaq bizim üçün də yaxşıdı. Ümumən, uşaqlar meydanın hər qarışı üçün mübarizə apardılar. Qələbə qazandığımız üçün sevinirik. Komandanı qələbə ruhuna kökləməyə çalışırıq. Burada 1 oyunumuz qalıb. Həmin oyunu da uğurla başa vurub, çempionata tam hazır şəkildə Vətənə dönəcəyimizi düşünürəm”.

Shares: