Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Qurban Məhərrəmov yığmaya çağırılıb.

Qapıçı yığmada yaranan qolkiper problemini həll etməlidi. Siqaret çəkdikləri üçün “Neftçi”nin qapıçısı Elnur Hüseynov və “Zaqatala”nın əlcək sahibi Vüsal Şabanov komandadan kənarlaşdırılıb.

Samir Əliyevin çalışdırdığı yığmamız yanvarın 18-dən Antalyanın Bələk bölgəsində hazırlıq keçir. Komandamız burada 3 yoxlama oyunu keçirəcək. Sabah millimizi “Alanyaspor” klubunun U-19 komandasıyla oyun gözləyir. 25 və 27 yanvarda isə rəqib Şimali Makedoniyanın U-19 yığması olacaq.

Shares: