“Aston Villa”nın futbolçusu Conatan Kocia karyerasını Qətərdə davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu “Əl Qarafa” klubuna transfer olunub.

Bu barədə Qətər təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kocia ilə 2,5 illik müqavilə imzalanıb.

2016-cı ildən “Aston Villa”nın şərəfini qoruyan Kocia, bu mövsüm Premyer Liqada 6 oyuna çıxıb. Hücumçu 24 dəfə formasını geyindiyi Fil Dişi Sahili millisində 11 qola imza atıb.

Shares: