Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Fənərbaxça” səfərdə qolsuz heç-heçəyə razılaşdığı “Kayserispor”u evdə 2 cavabsız qolla məğlub edərək 1/4 finala yüksəlib.

“Başakşəhər” isə aşağı liqa təmsilçisi “Kırklarelispor”la bacarmayıb. Bu komandaların hər iki oyunu heç-heçə yekunlaşsa da, “Kırklarelispor” səfər qolu sayəsində növbəti mərhələyə yüksəlib.

Türkiyə kuboku
1/8 finalın cavab oyunları
21 yanvar

Kırklarelispor – Başakşəhər 0:0 (ilk oyun 1:1)

Fənərbaxça – Kayserispor 2:0 (0:0)

22 yanvar

15:00. Kasımpaşa – Alanyaspor (1:3)
18:00. Göztəpə – Antalyaspor (3:4)
21:30. Beşiktaş – Ərzurumspor (2:3)

23 yanvar

15:00. Yeni Malatyaspor – Sivasspor (0:4)
18:00. Dənizlispor – Trabzonspor (0:2)
21:30. Qalatasaray – Rizəspor (1:1)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp